Bakının Suraxanı rayonunda cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 2000 ABŞ dollar və 5000 manat dəyərində qızıl əşyalar oğurlanıb.
30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Seymur Mirzəyev saxlanılıb.