26 İyun 2018 17:14
1 670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda banklardan birində saxta pul vermək istəyən şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, iyunun 25-də saat 21.40-da Xətai rayon Mühafizə İdarəsinə rayon ərazisindəki bankların birindən daxil olmuş həyəcan siqnalı ilə əlaqədar dərhal polis əməkdaşları həmin ünvana gəliblər.

Müəyyən edilib ki, banka gəlmiş 2 nəfər oranın xəzinədarına manata dəyişmək üçün 1 ədəd 100 dollarlıq əskinas təqdim edib.

Xəzinədar əskinasın saxta olduğunu aşkar etdiyindən bu barədə polisə məlumat verib.

Həmin şəxslər mühafizə polisinin əməkdaşları tərəfindən 34-cü polis bölməsinə təhvil veriliblər. Araşdırmalarla onların Ağsu rayon sakini Tural Behbudov və Ağdam rayon sakini Emin Aslanov olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər