Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluq törətməkdə şübhəli bilinən Bəhlul Cəbiyev həbs edilib.
Teleqraf.com xəbər verir ki, Bəhlul Cəbiyev ötən il oktyabrın 7-dən noyabrın 23-dək olan müddətdə şəhər ərazisindəki 1 evdən məişət əşyaları, 1 sexdən təmir-tikinti alətləri, 1 nəfərin mobil telefonunu, A.Həmidovanın içərisində 80 manat və mobil telefon olan pulqabısını, A.Nuriyevanın içərisində 223 manat və sənəd olan çantasını, Məlahət Əbdürəhmanovanın içərisində 24 manat, mobil telefon və sənəd olan pulqabısını oğurlaması müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.