12 İyul 2018 20:58
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan sakinindən narkotik vasitə aşkar edilərək götürülüb.

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində şəhər sakini, 1988-ci il təvəllüdlü Əsgərov Natiq Namiq oğlu şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə baxış zamanı 1 ədəd polietilen torbada ümumi çəkisi 345 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.


Müəllif: Mənbə/Report