Almaniyada bıçaqlı hücum baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Lubeker Naçriçten” agentliyi məlumat yayıb.
İnsident Lübek şəhərində qeydə alınıb. Polisin məlumatına əsasən, bıçaqla silahlanmış şəxs avtobusda insanlara hücum edib. Hücum nəticəsində 14 nəfər xəsarət alıb. Onlardan 12-nin yüngül xəsarət aldığı bildirilir. Polis artıq hücum edən şəxsi saxlayıb. Hücum edənin İran əsilli 30 yaşlarında biri olduğu deyilir.
Hadisə ilə bağlı ətraflı məlumat verilməyib.