24 İyul 2018 09:27
1 580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun 3-cü mikrorayonda 1997-ci il təvəllüdlü Qafar Hüseynov bıçaqlanıb.

Yaralı xəstəxanaya gətirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Araşdırmalar zamanı məlum olub ki, Qafar Hüseynov qəsəbə ərazisində işlədiyi əlvan metal qəbulu məntəqəsində iş yoldaşı ilə mübahisə edib.

Mübahisə nəticəsində qanlı olay baş verib.

Hadisə onların arasında pul borcu üstündə yaranan mübahisə zəminində baş verib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər