1 Avqust 2018 16:13
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə TV şirkətinin inzibati binasına basqın etməkdə təqsirli bilinən Kamil Əliyev, Asib Kambarov, Kamran Süleymanov, Rəşad Əhmədzadə və Orxan Əliyevə hökm oxunub.

Teleqraf.com xəbər verir ki, məhkəmənin hökmü ilə Kamil Əliyev 11 il, Asib Kambarov və Kamran Süleymanovun hər biri 8 il, Rəşad Əhmədzadə 9 il, Orxan Əliyev isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

***

15:55

Bakıda ağır cinayətlər törətməkdə təqsirli bilinən 1996-cı il təvəllüdlü Kamil Əliyev, 1995-ci il təvəllüdlü Asib Kambarov, 1997-ci il təvəllüdlü Kamran Süleymanov, 1995-ci il təvəllüdlü Rəşad Əhmədzadə və 1995-ci il təvəllüdlü Orxan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

O, təqsirləndirilən şəxslərin cinayətinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib.

Prokuror Kamil Əliyevin 12 il, Asib Kambarovun 9 il, Kamran Süleymanovun 9 il, Rəşad Əhmədzadənin 9 il 9 ay və Orxan Əliyevin isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hakimlər hökm qəbul etmək üçün müşavirəyə yollanıblar.

Yaxın saatlarda hökmün elan ediləcəyi gözlənilir.

İttihama görə, təqsirləndirilən şəxslər Xətai rayonu ərazisində yerləşən Ailə TV şirkətinin inzibati binasına daxil olaraq gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəliblər.

Onlar şirkətin seyfində olan 3600 manat məbləğində pulu quldurluq yolu ilə ələ keçirib hadisə yerindən qaçıblar.

Bundan başqa, təqsirləndirilən şəxslər Nizami rayonu ərzasində lombarda daxil olaraq orada işləyənlərə hədə-qorxu gələrək 1250 manat pulu ələ keçiriblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər