2 Avqust 2018 19:12
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki 2 evdən oğurluq edən şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Cəlilabad şəhər sakini Ə.Məmmədov polis şöbəsinə ərizə ilə müraciət edərək şəhər ərazisindəki evindən təxminən 2 min manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Aparılan araşdırmalarla onun Cəlilabad rayon sakini Ruslan Əsədov olduğu müəyyən edilib.

Ətrafında keçirilən əməliyyat tədbirləri ilə onun şəhər ərazisindəki digər bir yaşayış evindən 600 manat dəyərində məişət əşyalarını oğurladığı da müəyyən edilib.

Saxlanılan zaman R. Əsədovun üzərindən şəxsi istehlak miqdarından artıq (0,641 qram) çəkidə narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər