21 Avqust 2018 16:00
1 559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində bir qrup şəxs arasında baş verən mübahisə kütləvi dava ilə nəticələnib.

Teleqraf.com xəbər verir ki, şəhər ərazisində əvvəllər məhkum olunmuş Rəşid Abbasovla bir qrup şəxs arasında mübahisə yaranıb.

Mübahisə zamanı həmin şəxslər Rəşid Abbasovu döyərək, ona xəsarət yetiriblər. O, qapalı kəllə-beyini, baş-beyin silkələnməsi və burun sümüyünün sınığı ilə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları araşdırmalar zamanı məlum olub ki, avqustun 20-də şəhər ərazisində Rəşid Abbasovla qonşuları, əvvəllər məhkum olunmuş Yadigar Bayramov, Araz Quliyev, Yaşar Baxışov və Elşad Mamarzayev arasında münaqişə baş verib.

Bu zaman onun həmin şəxslər tərəfindən döyülməsi müəyyən edilib.

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onlar saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov