30 Avqust 2018 16:31
2 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ rayonunda bir-birini sevən iki gəncin intihar etməsi ilə bağlı cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, rayon sakinləri, 1992-ci il təvəllüdlü Elçin Mirsahibli və 1984-cü il təvəllüdlü Günel Dadaşovanın özlərini asmaları barədə araşdırma başlanıb.

Faktla bağlı Qəbələ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, hadisə avqustun 28-də axşam radələrində baş verib.

Məlumatı verən şəxsin sözlərinə görə, cütlük ailə qurmaq istəyib, amma oğlan evi buna qarşı çıxıb.

Sevgililər asılmış vəziyyətdə tapılıb.

Məlumata görə, Günel Dadaşova əvvəlki ailəsindən ayrılıb, bir uşaq anasıdır.

Ərindən boşanan Günel Dadaşova daha sonra 24 yaşlı Elçin Mirsahibli ilə sevgi münasibətləri yaranıb.

Elçin Mirsahibli Günellə evlənmək istəsə də, ailəsi buna qarşı çıxıb.

Bundan sonra sevgililər çıxış yolunu intihar etməkdə görüblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər