6 Sentyabr 2018 11:17
3 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda azyaşlı qıza təcavüz edən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Məhkəməsində hakim Ramil Həsənovun sədrliyi ilə baş tutan qapalı iclasda 13 yalı qıza təcavüz etməkdə təqsirli bilinən Taleh İsmayılovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, zorlama faktı Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.

Həmin qəsəbədə yaşayan 2005-ci il təvəllüdlü Maya Məmmədova (ad və soyad şərti verilib – red.) Taleh İsmayılovun təcavüzünə məruz qalıb.

Taleh İsmayılov azyaşlı qızı aldadaraq kirayə yaşadığı evə gətirib. O, həmin evdə qıza güc tətbiq edərək, onunla cinsi əlaqədə olub. Daha sonra Taleh İsmayılov ona qarşı seksual xarakterli hərəkətlər edib.

Maya Məmmədovanın ailə üzvləri baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Taleh İsmayılov həbs edilib.

Taleh İsmayılovun ailəli olduğu bildirilir.

İstintaq orqanı tərəfindən Taleh İsmayılovun barəsində Cinayət Məcəlləsinin 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama) və 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddələri ilə ittiham elan edilib.

Hazırda Suraxanı rayon Prokurorluğunda istintaq hərəkətləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər