Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində ayrı-ayrı şəxslərə məxsus 4 velosipedin oğurlanması barədə 19-cu polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Mirzəyev saxlanılıb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun avqust ayında paytaxt sakini olan daha bir nəfərə məxsus velosipedi oğurlaması da müəyyən edilib.