Neftçala rayonunda silsilə cinayətlər törədən qrup üzvlərinin yaxalanması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Neftçala rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 12-də rayon ərazisindəki evlərin birinin həyətindən 2 baş qoyun oğurlamaqda şübhəli bilinən Xıllı qəsəbə sakinləri Raiq Qədirov, Cəlal Miriyev və Abbas Cəbrayılov saxlanılıblar.
Raiq Qədirovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə avqustun 17-də onun həmyerlisi Firuddin Qafarovla birgə rayon ərazisindəki evlərin birindən 24000 rubl , 50 manat pul, 2500 manat dəyərində qızıl əşyalar və mobil telefon oğurlaması da müəyyən edilib.
Görülmüş tədbirlərlə Firuddin Qafarov saxlanılıb.
Aparılan araşdırmalar nəticəsində onun sentyabrın 1-də Xıllı qəsəbəsindəki evlərin birindən 27 manat və 1000 ABŞ dolları, habelə həmyerlisi Əmanət Umudovla birgə cari il aprelin 5-də daha bir evdən 360 manat və 500 ABŞ dolları, 2350 manat dəyərində qızıl əşyalar oğurlaması müəyyən olunub.
Keçirilən əməliyyat tədbirləri ilə Əmanət Umudov saxlanılaraq polis şöbəsinə gətirilib.
Müəyyən edilib ki , bu il mayın 23-də o, rayon ərazisindəki evlərin birindən 1700 manat və 200 ABŞ dolları, 5000 manat dəyərində qızıl əşyalar oğurlayıb.