15 Oktyabr 2018 09:54
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi son iki gün ərzində baş verən cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.

Teleqraf.com xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 214 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.


Müəllif: Hacı Zeynalov