22 Oktyabr 2018 09:45
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində naməlum şəxs Ağcabədi rayon sakini Etibar Qurbanovu bıçaqla hədələyib.

Daha sonra onun pulunu və mobil telefonunu alıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Mikayıl Novruzov saxlanılıb.

Ondan 1 ədəd bıçaq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər