Türkiyədə saxta qızıl satan azərbaycanlı həbs edilib.
Publika.az “İxlas” xəbər agentliyinə istinadən xəbər verir ki, Antalya şəhərinin Kazım Özal prospektində fəaliyyət göstərən zərgərlik mağazalarından birindən polisə onlara saxta qızıl satılması ilə bağlı müraciət daxil olub. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində G.B. adlı şəxs başqa mağazaya saxta qızıl satarkən tutulub.
Həmin şəxsin üzərindən 26,21 qram saxta qızıl aşkar edilərək götürülüb.
Faktla bağlı aradşırma aparılır.