Quba rayonunda banka məxsus avtomobiol qaçırılıb.
Bu barədə DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Məlumatda bildirilib ki, noyabrın 6-da Quba Rayon Polis Şöbəsinə (RPŞ) banklardan birinə məxsus “Lada Priora” markalı nəqliyyat vasitəsinin qaçırıldığı barədə məlumat daxil olub.
Müraciətlə əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili saxta dövlət qeydiyyat nişanları ilə idarə edən rayon sakini Bəxtiyar Bağırovun yeri qısa müddət ərzində müəyyən edilib.
B.Bağırov qaçmağa cəhd etsə də, polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib.
İstintaq tərəfindən B.Bağırovun başqa cinayət hadisələrində iştirakı araşdırılır.
Faktla bağlı cinayət işi başlanılıb./Report/