Abşeron rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində evlərdən birindən 6000 ABŞ dolları, qızıl və məişət əşyaları oğurlanıb.
Polis əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən Toğrul Xəlilov tutulub.
Faktla bağlı cinayət işi başlanıb.