Bakının Nizami rayonunda oğurluq edən şəxslərin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Xəyyam İsmayılov, İlqar Salmanov və Emin Nağıyev saxlanılıblar.
Dəstə üzvləri rayon ərazisində 1 kafedən, 1 evdən və 1 həyətyanı sahədən 1350 manat pul, kombi və soyuducu oğurlamaqda şübhəli biliniblər.
Faktla bağlı cinayət işi başlanıb.