Biləsuvar rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Baş İdarənin Cənub Bölgəsində regional şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Biləsuvar rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Mübariz Həziyev həbs edilib.
Ondan çəkisi 2 kiloqram 450 qram tiryək və 4 qramdan artıq heroin götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.