İstanbulda çarşablı şəxs zərgərlik mağazasını soymağa cəhd edib.
Teleqraf.com xəbər verir ki, satıcılardan biri silahlı şəxsə mobil telefonunu ataraq mane olub.
Soyğunçu satıcılara atəş açaraq mağazadan uzaqlaşıb. Xöşbəxtlikdən güllələr boşa çıxıb. Suriya əsilli satıcılar çarşablı şəxsin arxasınca qaçsalar da onu yaxalaya bilməyiblər.
Polis naməlum şəxsin yaxalanması üçün əməliyyat tədbirlərinə başlayıb.