4 Dekabr 2018 13:19
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Həsən Əhmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə qapalı məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Həsən Əhmədov paytaxtın rayonlarından birində qonşusu, 8 yaşlı Səlimə Məmmədovaya təcavüz edib. Azyaşlının ailəsi polisə şikayət edəndən sonra Həsən Əhmədov həbs edilib.

İstintaq orqanı tərəfindən Həsən Əhmədovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

İttihama münasibət bildirən Həsən Əhmədov özünü təqsirli bilməyib. O, azyaşlıya qarşı təcavüz və əxlaqsız hərəkətlər etmədini deyib.

Daha sonra zərərçəkmiş Səlimə Məmmədov ifadə verib. Onun sözlərinə görə, Həsən Əhmədovun bacısı ona dayəlik edib.

Zərərçəkmiş qeyd edib ki, anası xaricə gedib-gəlirmiş: “Bu səbəbdən anam mənə dayə tutmuşdu. Arada dayəm məni öz evlərinə aparırdı. Biz hamımız bir otaqda qalırdıq”.

Səlimə Məmmədovanın ifadəsinə görə, dayəsinin qardaşı Həsən ona təcavüz edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər