17 Dekabr 2018 15:43
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabadda polis əməkdaşları tərəfindən fala baxmaq adı ilə həyətlərə girib ev quşlarını oğurlayan şəxslər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, dekabrın 15-də gecə saatlarında Cəlilabad şəhəri M. Hüseyn küçəsində əllərində 6 baş ördək aparan 2 nəfərin şübhəli davranışları post-patrul xidməti əməkdaşlarının diqqətini cəlb edib.

Onlar ev quşlarının fala baxmaları müqabilində nəzir kimi verildiyini desələr də, rayon polis şöbəsinə dəvət ediliblər.

Polis şöbəsində həmin şəxslər oğurluq etdiklərini etiraf ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupunun yaydığı məlumata görə, səhər saatlarında sözügedən ərazidə yaşayan B.Mikayılov adlı şəxs həyətindən 6 ördəyin oğurlanması ilə bağlı polisə müraciət edəndə artıq şöbəyə gətirilən Yevlax rayon sakinləri Sadiq Bukavadze və Rəfail Bəkirov törətdikləri əməli etiraf etmişdilər.

Hazırda onların digər bu cür əməllərinin müəyyən ediliməsi istiqamətində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov