Xaçmaz rayonunda intihar hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Xaçmaz rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə Nabran istirahət zonasında qeydə alınıb. Rayon sakini, 1964-cü il təvəllüdlü Firudin İsayev özünü asıb. Onun asılmış meyiti ailə üzvləri tərəfindən tapılıb. Firudin İsayevin intihar etməsinin səbəbləri araşdırılır.
Faktlı bağlı Cinayət Məcəlləsi 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb.
Hacı Zeynalov