27 Avqust 2014 15:31
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluq etməkdə təqsirli bilinən Heydər Əliyev adına Ali Hərbi Məktəbin müəllimi 58 yaşlı Balaxan Əliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.


Teleqraf.com xəbər verir ki, texnika elmləri namizədi Balaxan Əliyev vətəndaşdan övladını ali məktəbə düzəldəcəyi adı ilə 8000 manat alaraq mənimsəyib. Vətəndaş aldadıldığını görüb və polisə müraciət edib. Elə o vaxtdan Balaxan Əliyevin barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanıb.


Uzun müddət istintaqdan yayınan Balaxan Əliyev axtarışa verilib. Xətai rayon Polis İdarəsinin əməkdaşları onu 2011-ci il oktyabrın 20-də saxlasa da, sonra istintaqdan da yayınıb. Balaxan Əliyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci ( dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı zamanı onun çoxsaylı dələduzluq əməlləri üzə çıxıb.

Müəyyən edilib ki, Balaxan Əliyev bir çox vətəndaşı aldadaraq onların övladlarını ali məktəbə qəbul etdirəcəyinə söz verib. O, bununla bağlı pullar alsa da, vədinə əməl etməyib. Balaxan Əliyev bir çox vətəndaşı işə düzəltdirmək adi ilə də aldadıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Balaxan Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Balaxan Əliyev apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan olunub. Qərara görə, Balaxan Əliyevin apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər