20 Fevral 2019 15:27
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda anasını və qardaşını yandırmaqda təqsirləndirilən Vitali Kolosovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin vəkili Elxan Xudaverdiyev vəsatət verib.

Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin psixi problemlərinin olduğunu deyib. O, bildirib ki, Vitali Kolosovun psixi durumunun yoxlanılması üçün təkrar ekspertiza təyin olunmalıdır.

Məhkəmə vəsatəti təmin edib və təqsirləndirilən şəxsin barəsində təkrar ekspertizaya təyin olunması barədə qərar verilib.

Məhkəmə ekspertizanın keçirilməsi üçün ekspertlər qarşısında bir neçə sual qoyub və həmin sulların yoxlanılması üçün iş materialları ekspertizaya göndərilib.

Ekspertin rəyi verilənə kimi proses qeyri-müəyyən günədək təxirə salınıb.

Qeyd edək ki, bundan əvvəl baş tutan prosesdə çıxış edən prokuror Vitali Kolosovun 19 il azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, ötən il iyunun 22-də gecə saat 00:55-də Bakının Xəzər rayonunda, Dəmiryol küçəsindəki 4 nömrəli evdə yanğın qeydə alınıb.

Yanğın nəticəsində 1959-cu il təvəllüdlü Soloveykina Nina İvanovna və onun 16 yaşlı oğlu Soloveykin Vadim Vladimiroviç müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Onların hər ikisi Respublika Yanıq Mərkəzinə aparılıb.

Lakin iyunun 24-də V.Soloveykin aldığı ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib.

Araşdırmalar zamanı məlum olub ki, Soloveykin ailənin böyük oğlu, 1993-cü il təvəllüdlü Kolosov Vitali Vladimiroviç doğmaları yatarkən evin hər tərəfinə benzin tökərək od vurub.

Məlumata görə, Vitali Kolosov psixi çatışmazlıqdan əziyyət çəkir və o, psixiatrik xəstəxanada qeydiyyatdadır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər