Bakıda ərini öldürməkdə təqsirləndiirilən Tünzalə Vəliyevanın cinayət işi məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
Prokuror Tünzalə Vəliyevanın 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti proses fevralın 28-də davam edəcək.
İttihama görə, 2017-ci il oktyabrın 7-də Bakının Sabunçu rayonunda 23 yaşlı Tünzalə Vəliyeva mübahisə zəminində həyat yoldaşı, 28 yaşlı Nazim Vəliyevin başına meyvə qabını çırpıb.
Nəticədə Vəliyev yerə yıxılıb.
Bundan sonra qadın qaz balonunu bir neçə dəfə ərinin başına vuraraq onu öldürüb. Hadisəni törədən Tünzalə Vəliyeva saxlanılıb.
Məlum olub ki, qətl hadisəsi törədilən zaman Nazim Vəliyev sərxoş olub. Fəhlə işləyən Nazim oktyabrın 7-də axşam evə sərxoş gəlib, arvadını döyüb. Bundan sonra onların arasında mübahisə yaranıb, mübahisə qətllə nəticələnib.
Cütlüyün birgə nikahdan iki övladı var. Hadisə vaxtı uşaqlar da evdə olub.