Xaçmaz rayonunda qadına qarşı seksual xarakterli zorakı hərəkətlər etməkdə ittiham olunan Təvəkkül Zeynalovun barəsində ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib.
İttihama görə, Təvəkkül Zeynalov Xaçmaz rayonunun Rəhmanlı kəndində həmyerlisi Lalə Səlimovanı (ad və soyad şərti verilib – red.) zorlayıb. Daha sonra kənddən çıxıb.
Lalə Səlimova təcavüzə məruz qalması barədə Xaçmaz rayon Polis Şöbəsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Təvəkkül Zeynalov həbs edilib.
İstintaq orqanı tərəfindən Təvəkkül Zeynalovun barəsində Cinayət Məcəlləsinin 149.1 (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə ittiham elan edilib.
Bu cinayət işi üzrə yaxın günlərdə qapalı məhkəmə iclası başlanacaq.