13 Aprel 2019 09:19
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qətl törətməkdə təqsirləndirilən 1975-ci il təvəllüdlü Ərəstun Ərəbovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Ərəstun Ərəbovun cəzasının yüngülləşdirilməsi barədə verdiyi apelyasiya şikayəti təmin olunmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ərəstun Ərəbov 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, qətl hadisəsi ötən ilin iyulunda Nəsimi rayonu 3-cü mikrorayon qəsəbəsində baş verib.

Ərəstun Ərəbov metal qəbulu sexində işləyən Bərdə rayonunda məskunlaşan Laçın rayonundan məcburi köçkün, 1997-ci il təvəllüdlü Qafar Hüseynovu küt alətlə vuraraq qətlə yetirib.

Hadisəyə səbəb kimi tərəflər arasında yaranmış mübahisə göstərilir. Ərəstun Ərəbov mərhumu söyüş söydüyünü görə vurduğunu iddia edir.

Mərhumun yaxınları isə Ərəstun Ərəbovun içkili olduğunu, bir səbəb olmadan Qafar Hüseynovu öldürdüyünü deyib.

Yaxınlarının dediyinə görə, qətlə yetirilən Qafar Hüseynov 3 gün sonra hərbi xidmətə yollanacaqmış.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər