Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn İran vətəndaşı Şahin Məhəmmədinin əl çantasına gömrük baxışı zamanı oradan təsiredici maddə aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Telqraf.com-a verilən xəbərə görə ümumi miqdarı 0,11 qram təşkil edən metadon və təsiredici maddəsinin ümumi miqdarı 0,013 qram təşkil edən 2 ədəd konvalyutda “Clonazepam 1 mq” adlı dərman preparatı aşkar edilib.
Xatırladaq ki, metadon Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə, “Clonazepam 1 mq” adlı dərman preparatı isə Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddədir.
Naibə