7 May 2019 23:58
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayonunda özündən 8 yaş kiçik sevgilisini öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Günel Hüseynova barəsində olan hökmdən apelyasiya şikayəti verib.

Bakı Apelyasiya Məhkəməsinə müraciət edən G.Hüseynova cəzasının yüngülləşdirilməsini istəyir.

Şikayətin ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti prosesi mayın 10-na təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il iyunun 25-də gecə saatlarında Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən “Qrand” oteldə baş verib. Həmin ərazidə Sabunçu rayon sakini G.Hüseynova sevgilisi, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyev ilə otelin ikinci mərtəbəsindəki otağı kirayələyib. Oteldə gecələyən zaman tərəflər arasında mübahisə düşüb.

Bu zaman qadın bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə zərbə vurub. V.Atakişiyev boğazından dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində keçinib.

G.Hüseynovanın V.Atakişiyevlə bir neçə il sevgi münasibətləri olub. Qadın sevgilsini namus üstündə öldürüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Hüseyova 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər