13 May 2019 15:46
1 475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduz təqsirləndirilən Elnur Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Elnur Rzayev 7 il 4 müddətinə azadlıqdan məhrum edilib.

Elnur Rzayevin barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

O, məhkəmə zalından həbs olunub.

Qeyd edək ki, Bakı şəhər sakini, 56 yaşlı Sənan Həsənov hüquq-mühafizə orqanlarına müraciət edərək 1983-cü il təvəllüdlü Elnur Rzayev tərəfindən dələduzluqla üzləşdiyini bildirib.

Sənan Həsənovun deyib ki, Elnur Rzayev onun 192 min manat pulunu alaraq qaytarmayıb.

İstintaq araşdırması zamanı məlum olub ki, Elnur Rzayev daha 2 nəfər qarışı da dələduzluq edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər