7 Sentyabr 2014 22:41
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayonunda baş verən yol qəzasında bir nəfər ölüb, üç nəfər isə xəsarət alıb.


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonunun Katex kəndi ərazisindən keçən hissəsində baş verib. Balakən rayonu Meşəşanbul kənd sakini, 1966-cı il təvəllüdlü Ramazan Əziz oğlu Drinçov idarə etdiyi “Mercedes “markalı, 99-CJ-806 dövlət nömrə nişanlı minik avtomobili ilə Balakən rayonu istiqamətində hərəkətdə olarkən, idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı beton işıq dirəyinə çırpıb.


Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Ramazan Drinçov, onun sərnişinləri- 1960-cı il təvəllüdlü Əli Ramazan oğlu Cücüyev, 1956-cı il təvəllüdlü Həlimət Ramazan qızı Varşayeva və 1962-ci il təvəllüdlü İsa Məhəmməd oğlu Hetayev Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıblar.


Balakən RMX-dan APA-ya verilən məlumata görə qəza nəticəsində xəstəxanaya daxil olan yaralılardan Ramazan Dirçinovun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.


Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb və araşdırma işi aparılır.


Qeyd edək ki, qəzaya düşənlər Rusiya Federasiyasının Mahaçqala şəhərindən Balakən rayonuna evlərinə gəlirlərmiş.


Müəllif: