27 May 2019 10:39
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərində nənəsinə qarşı cinayət törətməkdə təqsirli bilinən Tovuz rayon sakini Tural İskəndərov və onun dostu Xasay Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, hər iki şəxsin cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyunun 4-nə təyin edilib.

Qeyd edək ki, Mingəçevir şəhəri, Təbriz küçəsində 1939-cu il təvəllüdlü Züleyxa Bağırovanın yaşadığı mənzilə basqın edilib.

İki naməlum şəxs maska geyinərək Züleyxa Bağırovanın evinə girib.

Onlar yaşlı qadının əl-ayağını bağlayaraq, evdə pul və qızıl axtarıblar. Qadının evindən 3 min manat pul taparaq hadisə yerindən qaçıblar. Züleyxa Bağırova qulduruluqla üzləşməsi barədə hüquq-mühafizə orqanlarına müraciət edib.

Polis əməkdaşları qısa zamanda cinayəti törədənləri müəyyən edə bilib. Bunlar Züleyxanın nəvəsi Tural İskəndərov və onun dostu Xasay Mustafayevdir. Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq araşdırması zamanı məlum olub ki, Tural İskəndərov əvvəllər məhkumluq həyatı yaşayıb.

İstintaq orqanı tərəfindən Tural İskəndərov və Xasay Mustafayevin barəsində Cinayət Məcəlləsinin 181.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə quldurluq törətmək) və 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər