Nabranda istirahət mərkəzlərindən birində əxlaqsızlıq yuvası aşkar olunub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xaçmaz rayon sakini Ramid Rəsulovun gəlir əldə etmək məqsədi ilə Nabran qəsəbəsində işlədiyi istirahət mərkəzində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Hacı Zeynalov