Türkiyənin Aydın vilayətində 34 yaşlı Mustafa Ö yaşlı anasını qətlə yetirib.
Teleqraf.com xəbər verir ki, polisə ifadəsində qatil oğul cinayətini etiraf edib.
"İşsizəm. Ailəm məni tərk etdi. Anamdan pul istədim vermədi və mən də hirslənib onu daşla vurub öldürdüm", deyə o bildirib.
Mustafa Ö həbs edilib, fakt üzrə cinayət işi açılıb.