30 Aprel 2014 13:12
1 828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonu ərazisində mebel mağazasına basqın olub.

Teleqraf.com-un xəbərinə görə, hadisə bu gün, saat 05.00-da baş verib.

Rayonu ərazisində yerləşən “Röyal” mebel mağazasına 3 nəfər naməlum şəxs gəlib. Onlar gözətçini aldadaraq içəri daxil olublar. Həmin şəxslər mağazaya gözətçi İbrahim Quliyevin əllərini və ağızını yapışqanlı lentlə bağlayıblar və oranın müdiri Kəmalə Muradovanın iş otağındakı içərisində 20.000 manat olan dəmir seyfi, məişət əşyalarını və nəzarət kamerasının yaddaş kartını götürüblər. Seyfi götürən şəxslər “Mercedes” markalı avtomobildə hadisə yerindən qaçıblar.

Nərimanov rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. Cinayəti törədən şəxslərin müəyyən edilərək tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər