26 İyun 2019 18:23
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bankdan 4 milyon 795 min avro oğurlanıb.

Teleqraf.com xəbər verir ki, hadisə Türkiyənin Adana şəhərində qeydə alınıb.

Banklar arasında pul köçürmələri həyata keçirən firmaya aid 4 milyon 795 min avro iki çuvala doldurulub. Bu zaman çuvalları avtomobilə yükləməli olan iki əməkdaş pulu götürərək başqa bir avtomobillə qaçıb.

Polis dərhal hadisəyə müdaxilə edib, bu oğurluqda əli olan 4 nəfəri saxlayıb. Pulları aparan şəxslər isə hələlik ələ keçməyib.


Müəllif: Cavad

Oxşar xəbərlər