Bakının Nizami rayonunda qətl hadisəsi törədilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, sentyabrın 9-da, saat 16:30 radələrində B.Nuriyev küçəsində naməlum şəxs bıçaqla Bakı şəhər sakini Cəfər Teymurova xəsarət yetirib. Ağır yaralanan Cəfər Teymurov xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyib.
Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsinin əməkdaşları tərəfindən qatilin kimliyi müəyyən edilib. Əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Şahnamiq Hüseynov tutulub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov