Naxçıvan şəhər sakini qadınları fahişəliyə cəlb etdiyinə görə həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Səbail rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Naxçıvan şəhər sakini Rahibə Əhmədova gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib. O, həbs edilib.
Hacı Zeynalov