Oğuz rayonunda 3 tondan artıq narkotik bitki məhv edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, rayonun Bayan kəndi ərazisində əkin sahələrinin kənarında yabanı halda bitmiş 3 ton 144 kq narkotik tərkibli çətənə kolları kökündən çıxarılıb, yandırılaraq məhv edilib.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.