Qusar rayonunda istirahət mərkəzində əxlaqsızlıq yuvası saxlamaqda ittiham olunan Elman Yarmətovun barəsində cinayət işi başlanıb.
Teleqraf.com-un xəbərinə görə, Elman Yarmətovun barəsində Qusar rayon polis şöbəsində araşdırma aparılıb.
Araşdırma zamanı məlum olub ki, o, rayon ərazisində işlətdiyi istirahət mərkəzinin otaqlarında əxlaqsızlıq yuvası təşkil edib.
Maddi gəlir əldə etdmək məqsədilə Elman Yarmətov həmin yerdə yüngül həyat tərzi keçirən qadınları kişi müştərilərlə görüşdürüb.
Bunun müqabilində intim əlaqəyə girən kişilərdən pul alıb.
İstintaq orqanı tərəfindən Elman Yarmətovun barəsində Cinayət Məcəlləsinin 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə ittiham elan edilib.
Elman Yarmətovun cinayət işi baxılması üçün Qusar rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Rafiq Kazımovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası iyulun 17-nə təyin edilib.