Oman Sultanlığının hüquq-mühafizə orqanlarının "İnterpol" xətti ilə axtarışa verdiyi şəxs Bakıda saxlanılıb.
Beynəlxalq axtarışda olan Pakistan vətəndaşı 1981-ci il təvəllüdlü Furqan Varis Özbəkistan paytaxtı Daşkənddən Bakıya gələn zaman Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılaraq polisə təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir./report/