15 İyul 2019 14:50
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunsuz olaraq odlu silah saxlamada təqsirləndirilən Adil Kəngərlinin cinaytət işi üzrə ibtidai istintaqı başa çatıb.

Teleqraf.com xəbər verir ki, onun barəsində olan iş baxılması üçün Xətai rayon Məhkəməsinıə göndərilib.

Cinayət işi hakim Fərid Yaqubovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, bu ilin mayında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Baş İdarəyə paytaxt sakini “Tapança Adil” ləqəbli Adil Kəngərlinin qanunsuz olaraq odlu silah əldə etməsi və gizlətməsi barədə məlumat daxil olub.

Keçirilən əməliyyat nəticəsində həmin şəxs Xətai rayonu General Mehmandarov küçəsində saxlanılıb.

Onun yaşadığı mənzildən sandıqçasında 6 ədəd patron olan “Makarov” markalı tapança və 1 ədəd metal dəyənək aşkar olunaraq götürülüb.

Xatırladaq ki, Adil Kəngərli indiyə qədər Cinayət Məcəlləsinin oğurluq, quldurluq, qanunsuz olaraq odlu silah əldə etmə və saxlama maddələri ilə dəfələrlə məhkum olunub.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər