22 İyul 2019 20:14
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul Təhlükəsizlik İdarəsinin maliyyə cinayətləri ilə mübarizə şöbəsinin əməkdaşları tərəfindən aparılan növbəti əməliyyat nəticəsində 271 milyon 150 min saxta dollar ələ keçirilib.

Teleqraf.com xəbər verir ki, saxta pullar bir cinayətkar dəstə tərəfindən dövriyyəyə buraxılarkən ələ keçirilib.

Faktla bağlı beş nəfər saxlanılıb. Saxlanılanların arasında FETÖ terror təşkilatının əməkdaşının da olduğu bildirilir.


Müəllif: Teleqraf.com