23 İyul 2019 10:11
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən Xudafərin MMC-nin vəzifəli şəxsləri - Anar Məmmədov, Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülün apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxn Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası avqustun 15-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Məmmədov və Ramiz Quluzadə hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar məhkəmə zalından həbs olunublar.

Barələrində ev dustaqlığı qətimkan tədbiri seçilmiş digər şəxslərə isə şərti cəza verilib.

Qeyd edək ki, Xudafərin MMC-nin vəzifəli şəxsləri - Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

Onların barəsində həbs qətimkan tədbiri seçilməyib.

Cinayət işində 47 zərərçəkmiş var. Təqsirləndirilən şəxslər ümumilikdə 2 milyon manat dəyərində dələduzluq etməkdə təqsirli bilinirlər.

Xudafərin MMC "AMAY Abdulla" kimi tanınan iş adamı Abdulla Abdullayevə məxsusdur.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər