11 Sentyabr 2014 13:08
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayon sakinindən külli miqdarda narkotik götürülüb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Kürdəmir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yenikənd kənd sakini Həsrət Səmədzadə həbs edilib. Onun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 110 kiloqram olan 30 ədəd çətənə kolu, evindən isə 1 kiloqram 79 qram marixuana aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif: