7 Avqust 2019 14:07
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində bacısını və onun tanışını öldürməyə cəhd etməkdə təqsirləndirilən Ruslan Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası avqustun 19-na təyin edilib.

Qeyd edək ki, bu ilin martın 22-də Gəncə şəhər sakini, 30 yaşlı Amin İsmayılov və 34 yaşlı Gülmira Abbasovanı bıçaqlanıb.

Hər iki şəxs Gəncə şəhər xəstəxanasına çatdırılaraq əməliyyat olunublar.

Hüquq-mühafizə orqanlarının apardığı əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni Gülmirə Abbasovanın qardaşı Ruslan Abbasovun törətdiyi məlum olub.

O, polis tərəfindən saxlanılıb.

Hadisənin qısqanclıq zəminində törədildiyi bildirib.

İstintaq orqanı tərəfindən Ruslan Abbasovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4 (xüsusi amansızlıq adam öldürməyə cəhd) və 29, 120.2.7-ci (iki və daha çox şəxsi öldürməyə cəhd) maddələri ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər