12 Sentyabr 2014 11:29
1 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda narkotik alverçisi tutulub.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Yasamal rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi və 29-cu polis polis bölməsinin keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Kürdəmir rayon sakinləri Aqil Əbilovdan 355 qram, Niyaməddin Abbasovdan 370 qram, qardaşı Seyfəddindən isə 350 qram marixuana aşkar olunaraq götürülüb.

Hacı Zeynalov


Müəllif: