12 Sentyabr 2014 16:51
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Apelyasiya Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinən Qubadlı rayon sakini, 1988-ci il təvəllüdlü Elşən Qarayevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Elşən Qarayev idarə etdiyi “Mercedes-Benz 180” markalı avtomobillə Sumqayıt şəhəri 5-ci mikrorayon, S.Vurğun küçəsində yolu keçmək istəyən Vəsilə Bədəlova və Elşad Aslanovu vurub.

Nəticədə hər iki şəxs ölüb. Elşən Qarayevə Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Qarayev 7 il 8 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elşən Qarayev apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Elşən Qarayevin cəzası yüngülləşdirilib. Onun cəzası 5 il 8 ay 14 gün müddətinə endirilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər